06 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

11.09.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa  yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. 
Abşeron çimərliklərində 
Sentyabrın 12-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx)isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. 
Azərbaycanın rayonlarında
Sentyabrın 12-də hava şəraitininəsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz  30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək.   
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda  komfort  temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Xəbərdarlıq
Sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında  arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.