13 09 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İstanbulda Nuru Paşa ilə bağlı TƏDBİR KEÇİRİLİB

08.09.2018

İstanbulda Anadolu Aydınlar Ocağının təşkilatçılığı ilə Nuru Paşa və Qafqaz İslam Ordusu mövzusunda tədbir keçirilib.
"Dövran Media" xəbər verir ki, toplantıda Azərbaycanı və Türkiyəni təmsil edən tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra Nuru Paşa və silahdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztək Qafqaz İslam Ordusunun rəşadətli xilaskarlıq missiyası ilə bağlı geniş çıxış edib.
Professor diqqətə çatdırıb ki, Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının imdadına yetişən Qafqaza İslam Ordusunun sülhməramlı fəaliyyəti hər zaman Azərbaycanda və Türkiyədə iftixarla xatırlanıb.