06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərəbistanda bu hərəkət kibercinayətdir

06.09.2018

Səudiyyə Ərəbistanında tətbiq edilən yeni qanuna görə, sosial şəbəkə istifadəçiləri dini mövzuda satirik postlara görə həbsxanaya düşə bilərlər.
Bu məlumat krallıq prokurorluğunun "Twitter” səhifəsində yerləşdirilib.
Qeyd edilir ki, sosial şəbəkələr vasitəsilə dini dəyərləri lağa qoyan, ictimai asayişi və əxlaq normalarını pozan kontentlərin yaradılması və yayılması kibercinayət hesab ediləcək. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibin Salman hökuməti tənqid edənlərə qarşı sərt mövqedədir.
Sosial şəbəkələrdə müvafiq kontentin yayılmasında və "ictimai asayişi pozmaqda” təqsirkar hesab edilən şəxslər beş ilədək azadlıqdan məhrum edilə bilərlər. Bundan başqa, onlar 3 milyon rial (təxminən 800 min dollar) məbləğində cərimə ödəməli olacaqlar.