06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Federasiya erməni cüdoçularına CAVAB VERDİ

05.09.2018

Ermənistanın cüdo millisi Bakıda keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
"Dövran Media" xəbər verir ki, bu haqda Ermənistan Respublikasının İdman və Gənclərlə İş üzrə Nazirliyi məlumat verib.
Sözügedən qurum bunu Azərbaycanda onların idmançılarının təhlükəsizliyinə heç bir zəmanət verilməməsi ilə əlaqələndirib.
Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasının mövqeyini öyrəndik. Federasiyadan bildirildi ki, qarşı tərəfin belə bir bəyanatla çıxış etməsi həqiqəti əks etdirmir:
"Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən Beynəlxalq Cüdo Federasiyasına Ermənistan millisinin ölkəmizdəki dünya çempionatında iştirakına dair zəmanət məktubu göndərilib.
Cənab nazir Azad Rəhimovun adından göndərilmiş məktubda Ermənistan da daxil olmaqla, bütün ölkə idmançılarının təhlükəsizliklərinin təmin olunacağı göstərilib. Lakin bununla belə, Ermənistanın dövlət qurumunun belə bir bəyanat yayması bizi təəccübləndirir. 
Göründüyü kimi, yenidən Ermənistan tərəfi həqiqəti əks etdirməyən informasiyalar yaymaqla dünya ictimaiyyətində bizim haqqımızda mənfi fikir formalaşdırmağa çalışır. Lakin bizim əlimizdə beynəlxalq quruma göndərdiyimiz məktub var.
Avqustun 30-dək onların idmançıları judobase.ijf.org saytında qeydiyyatdan keçə bilərdi. Lakin göndərdiyimiz zəmanət məktubuna baxmayaraq, onlardan qeydiyyatdan keçən olmadı. Bakıda təşkil olunacaq dünya çempionatına isə 133 ölkədən 872 idmançı qeydiyyatdan keçib”.