28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qalatasaray” derbidə darmadağın edildi - VİDEO

02.09.2018

Futbol üzrə Türkiyə Superliqasının dördüncü turunun növbəti oyununda son çempion "Qalatasaray” turnir cədvəlinin 9-cu pilləsində yer alan "Trabzonspor”un qonağı olub.
"Dövran Media" xəbər verir ki, meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç "Trabzonspor” komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Fatih Terimin yetirmələri cari mövsümdə ardıcıl üç qələbədən sonra ilk məğlubiyyətin acısını yaşayıblar.
Qarşılaşmada baş hakim Fırat Aydınus futbolçulara üç sarı və bir qırmızı kart göstərib. "Cimbom”un oyunçusu Younes Belhanda 30-cu dəqiqədə meydandan qovulub.
Məğlubiyyətə baxmayaraq, hesabında 9 xal olan "Qalatasaray” Superliqada liderliyini qoruyub. "Trabzonspor” isə 7 xalla beşinci sıraya yüksəlib.