25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sərnişinlər İstanbul hava limanında etiraza qalxdı - Video

25.01.2022

Güclü qar İstanbul Hava Limanının işini iflic edib.

"Devran Media" xəbər verir ki, yüzlərlə reys təxirə salınıb və sərnişinlər aeroportda, skamyaların üstündə gecələməyə məcbur olublar.

İstanbul aeroportunda Bakıya gəlmək istəyən soydaşlarımızın verdiyi məlumata görə, sərnişinlərə yemək verilməsində də problem yaranır, vaxtlı-vaxtında qida və su almaq çətinləşib.

Sərnişinlər İstanbul şəhərinə də gedə bilmirlər, çünki cəmi 3 dərəcə şaxta olmasına baxmayaraq, şəhərin yolları bağlanıb. Buna isə sərnişinlər ciddi etirazlar ediblər. Polis və təhlükəsizlik qüvvələri aeroportda narazılıq edən vətəndaşlara müdaxilə edib.

Qeyd edilir ki, bütün problemlər İstanbul bələdiyyəsinin yarıtmaz işindən qaynaqlanır. Bələdiyyənin qartəmizləyən maşınları yoxdur və yaxud əraziyə cəlb edilməyib. İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu mövcud vəziyyətdən şikayət edən insanları "zavallı” adlandırmaqla kifayətlənib.

Xatırladaq ki, İstanbul Bələdiyyəsinin yarıtmaz işi nəticəsində yollarda qalan insanların ən yaxın otellərə müraciət edərək, qalması barədə hökumət çağırış edib. Bildirilib ki, otel xərclərinin hamısını dövlət qarşılayacaq.

Eyni zamanda, məscidlərin minarələrindən də yolda qalanlar məscidlərə dəvət edilir.

Hakimiyyət bələdiyyənin yolda qoyduğu insanları ötən gündən xilas etməyə başlayıb