28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tokioda özüidarəolunan taksilər işə başlayıb

28.08.2018

Tokionun mərkəzi küçələrində avtomatlaşdırılmış idarəetmə sisteminə malik taksilər işə başlayıb. Bu taksilərin iki həftə ərzində sınaq məqsədilə xidmət göstərəcəyi bildirilir.
Yeni nəqliyyyat vasitəsi Yaponiyanın "ZMP” şirkəti ilə taksi xidmətləri sahəsində tanınmış "Hinomaru kotsu” şirkətinin birgə layihəsidir.
Bu taksilərin gün ərzində dörd dəfə 5 kilometr məsafəni qət edərək Tokio vağzalının yaxınlığındakı ofis binasından Ropponqi ərazisində yerləşən kommersiya göydələninə doğru və geriyə hərəkət etməsi nəzərdə tutulur.
Avtomobildə, hər ehtimala görə, sürücü də var. Buna baxmayaraq, yolun əksər hissəsi avtomatik rejimdə qət edilir. Bu taksilər döngələri və yol dəyişmələrini sərbəst şəkildə həyata keçirir.