28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hər gün yeyin! - ALMA

28.08.2018

Alma — Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.
Almanın tərkibində 5-24 %-ə qədər şəkər, 1,3 %-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.
Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Alma şirəsi şirələrin bütün keyfiyyətinə malikdir. O aşağı kalorilidir, kifayət qədər dəmirə malikdir (bu isə o deməkdir ki, qanın az olması zamanı çox faydalıdır) və böyrək daşlarının təmizlənməsində çox möcüzəli təsirə malikdir. Alma şirəsi ağ ciyər problemləri olanlara, təkrarlanan bronxitlərə, həmçinin siqaret həvəskarlarına çox faydalıdır. Gündə yarım stəkan alma şirəsi nəfəs orqanlarının funksiyasını yaxşılaşdırır.
Yunan əsatirlərində almanın yaradıcısı Dionis hesab olunur, hansıkı kı, onu Afroditaya vermiş və bu onun aşiqanə simvolizasiyasına səbəb olmuşdur. Zevsin Gera ilə nikahı zamanı, Qeya ona alma bağışlamış, hansıkı məhsuldarlığı simvolizə edir.
Qədim-skandinaviya ilahəsi İdunn almaları qoruyurdu, hansınınkı qida və ya şirə kimi istifadəsi, əbədi cavanlıq bəxş edirdi. Kelt dinində alma biliklərin ötürülməsi mənasını verirdi.
Maraqlıdır ki, almanın təklif olunması – sevgisini etiraf etmək mənasını bildirir.
Vilhelm Tell haqqında rəvayət "Almadan vurmaq" kimi ifadənin yaranmasına səbəb olmuşdur.
Əgər oğlan yuxuda alma yediyini görərsə, bu onun tezliklə evlənəcəyi və evlilik həyatının xoşbəxt keçəcəyini bildirir.
Əgər qız yuxuda alma görərsə, bu tezliklə uşağın anadan olması və xöşbəxt nikahın olacağını bildirir.
Fin alimləri almanın müalicəvi dəyərlərini araşdırıblar. Onlar bu işlə nə az, nə çox, düz 25 il məşğul olublar.
Sonda qərara gəliblər ki, bu meyvənin tərkibindəki flavanoidlər orqanizmdə azad radikalların yaranmasının qarşısını alır. Belə ki, hər gün alma yeyənlərdə ürək-damar xəstəliklərinin yaranması təhlükəsi 50% azalır. Kolit, enterkolit və qan azlığı zamanı alma yemək faydalı sayılır.Piylənmış adamların ay ərzində gündə 3-4 alma yeməsi xeyirlidir.Qan azlığı xəstəliyi olanlar üçün də alma yemək məsləhətdir.Çünki, almanın qabığında dəmir vardır.Həmçinin ürək-damar xəstəliklərinin, böyrək daşının qarşısını almaqdan ötrü alma yemək tövsiyə edilir.