28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ferrari” qalib olub

27.08.2018

"Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsinin - Belçika Qran-Prisinin qalibi olub.
İkinci yerə "Mercedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri isə "Red bull”un hollandiyalı təmsilçisi Maks Ferstappen tutub.
Yarışın startında qəza baş verib və nəticədə ispaniyalı Fernando Alonso ("Maklaren”), Monakodan olan Şarl Lekler ("Zauber”) və almaniyalı Niko Hyulkenberq ("Reno”) trasdan çıxıblar.
Luis Hamilton 231 xal yığaraq dünya çempionatında şəxsi hesabda liderliyini saxlayır. İkinci pillədə Sebastyan Fettel (214 xal), üçüncü sırada isə "Ferrari”dən olan finlandiyalı sürücü Kimi Raykonen (146 xal) qərarlaşıb.
Dünya çempionatının növbəti mərhələsi avqustun 31-dən sentyabrın 2-dək İtaliyada keçiriləcək.