26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın Qazaxıstandakı səfirliyi:Vətəndaşlarımıza səsləndi

05.01.2022

 
Qazaxıstanda etiraz aksiyaları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması ilə bağlı səfirliyə heç bir müraciət daxil olmayıb.Bu məlumatı Azərbaycanın Qazaxıstandakı səfirliyi yayıb
Diplomatik nümayəndəliyin məlumatında qeyd olunur ki, Qazaxıstanın üç şəhərində - Almatı, Aktau, Aktobedə vəziyyət hələ də gərgindir. Paytaxt Nur-Sultanda isə etiraz və mitinqlər yoxdur, vəziyyət sabitdir.

Səfirlik Qazaxıstanda yaşayan Azərbaycan vətəndaşlarına insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı, evlərində qalmalarını və bütün zəruri ehtiyat tədbirlərinə riayət etməyi tövsiyə edib.

Diplomatik nümayəndəlikdən bildirilib ki, mövcud vəziyyət Qazaxıstandakı Azərbaycan diasporunun rəhbərliyi ilə də müzakirə edilib.