28 09 2023-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Kuryer şirkətinin ofisindən pul oğurlanıb

27.12.2021

 
Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə dekabrın 25-də rayon ərazisində yerləşən kuryer şirkətlərindən birinin ofisindən 8600 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Bağırov və M.Əsgərov müəyyənləşdirilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.