28 09 2023-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Şəhid ailəsi Hulusi Akarın dəvəti ilə Ankarada

23.12.2021


Türkiyənin milli müdafiə naziri Hulusi Akar işğal altındakı torpaqları qurtaracağına dair ona söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsini Ankaraya dəvət edib.

Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter” hesabında bu barədə paylaşım edilib.

Şəhidimizin atası İsbat Məmiyev, anası İhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və onun oğlu Sabir Məmiyev Anıtqəbiri, Atatürk və Qurtuluş Savaşı muzeylərini ziyarət ediblər.

Qeyd edək ki, 2020-ci ilin dekabrında Bakıda Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən fotosərgidə Türkiyə milli müdafiə naziri Hulusi Akarın diqqətini Azərbaycana əvvəlki səfərləri zamanı çəkilmiş bir foto cəlb etmişdi. Həmin foto Vətən müharibəsində şəhid olan baş leytenant Valeh Məmiyevin Hulusi Akarla birgə şəkli olub. Həmin şəklin Məmiyevin şəhid olduğu zaman cibindən çıxması da həmin vaxt türkiyəli naziri kövrəltmişdi.