29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azad edilmiş ərazilərdə ADPU məzunlarının bir qismi fəaliyyət göstərəcək

17.12.2021


"Son ilərdə MİQ vasitəsilə işə qəbul olan müəllimlərin sayı 18 min nəfərdən 55-56 min nəfərə çatıb, yəni, bu rəqəm 3 dəfə artıb".

 Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr olunan tədbirdə təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində 500 baldan yuxarı bal toplayan hər 4 nəfərdən biri müəllimlik ixtisasını seçir: "Müəllimlik ixtisasının formatının və mənasının dəyişməsi çox vacibdir. XXI əsr müəllimində ötən əsrin müəllimində olan bacarıqlarla yanaşı, yeni bacarıqlar da tələb olunur".

Nazir qeyd edib ki, son illərdə mümkün reallıqlar çərçivəsində ADPU-nun daha keyfiyyətli kadr hazırlığı baxımından böyük işlər görülüb: "Bu universitetin məzunlarının yarısı ali məktəbi bitirdikləri ilk ildə MİQ vasitəsilə işə qəbul olur".

Nazir deyib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməsindən sonra ADPU məzunlarının bir qismi fəaliyyətini o yerlərdə davam etdirəcək: "Bu, yeni bacarıqlarla yeni dövr nəslinin hazırlanması baxımından vacib və ümidverici məqamdır".