01 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bogaz agrısının təhlükələri

15.12.2021


Təhlükəli boğaz ağrısının əlamətləri açıqlanıb

Çox vaxt boğaz ağrısı virus infeksiyalarından qaynaqlanır, lakin bəzən ölümcül bir təhlükə siqnalı verə bilər.
Bu barədə britaniyalı lorinqoloq-həkim Ümid Mehdizadə xəbərdarlıq edib.

Onun sözlərinə görə, boğaz ağrısı paratonzilyar absesi göstərə bilər. Badamcıqətrafı boşluqda irin yığılması ilə xarakterizə olunan bu xəstəlik son dərəcə təhlükəli ola bilər. Onun ölçüsündə əhəmiyyətli artım tənəffüs yollarında keçiciliyin pozulmasına və tənəffüs çətinliyinə səbəb olur.

Mütəxəssis bildirib ki, boğaz ağrısı həmçinin boğaz xərçənginin ilkin əlamətlərindən biridir. Onun sözlərinə görə, əgər şiş boğazın bir tərəfində böyüyürsə, o zaman yalnız o tərəfdə ağrılar yarana bilər.

Boğazda şişin digər simptomlarına öskürək, səs dəyişiklikləri və ya udma çətinliyi daxildir.

"Ancaq yenitörəmə barədə diaqnozu qoymaq və ya istisna etmək üçün yeganə yol həkimə müraciət etməkdir”, - deyə Ümid Mehdizadə sözlərini yekunlaşdırıb.

Mənbə: The Sun