28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Günvurma barədə xəbərdarlıq edən köynək

24.08.2018

Yaponiyanın idman malları istehsalı sahəsində tanınmış "ASICS Corporation” və telekommunikasiyalar sahəsinin nəhənglərindən biri olan NTT şirkəti sahibini günvurmadan qoruyan köynəyi ictimaiyyətə təqdim ediblər.
Xəbərdaredici sensorla təchiz edilən köynək avqustun 23-də nümayiş olunub.
Köynəyin arxa hissəsində yerləşdirilən sensor sahibinin ürək döyüntülərini, köynəyin altındakı hərarəti və nəmişliyi, həmçinin günəşin istiliyini izləyir.
Sensor əldə edilən məlumatları köynəyin sahibinə ötürməklə ona öz fiziki vəziyyətinə nəzarət etmək imkanı yaradır. Günvurma təhlükəsi yarandığı təqdirdə qurğu köynək sahibinə xəbərdarlıq edir.