27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kosmik səyahətlər üçün yaşayış kapsulu

21.08.2018

ABŞ-ın "Lockheed Martin” hərbi sənaye korporasiyası kosmik ekspedisiyalar üçün yaşayış kapsulunun prototipini təqdim edib.
 "Naukatv” resursu xəbər verir ki, "Lockheed Martin” kosmosda yaşayış şəraitinin yaradılması üçün ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən maliyyələşdirilən 6 şirkətdən biridir. Texnologiyanın əsası üçün mühəndislər tərəfindən əvvəllər Beynəlxalq Kosmik Stansiyasına yüklərin daşınması üçün nəzərdə tutulan kosmik gəminin yenilənmiş modulu götürülüb. Eni 4,5 metr, uzunluğu 7 metr təşkil edən kapsulda 30-60 gün ərzində 4 astronavt qala biləcək. Həmçinin daxildə elmi avadanlıq, həyat təminatı sistemləri, yatmaq üçün yerlər, trenajorlar və robotlaşdırılmış iş qurğuları quraşdırılıb.
Tədqiqatçılar qrupu kapsulların daxili quruluşunu vizuallaşdırmağa kömək edən və planlaşdırma səhvlərini ilkin mərhələdə aşkarlayaraq aradan qaldırmağa imkan verən əlavə reallıq qarniturlarından istifadə edib.
Kapsulun hazır versiyası 2019-cu ilə nəzərdə tutulan Ay orbital platforma şlüzunun buraxılışı zamanı sınaqdan keçiriləcək.