Geyimi ilə yaşamı gözəlləşdirən 104 yaşlı QOCA + FOTOLAR
12.08.2018
Almaniyada yaşayan yaşlı kişi öz geyimləri ilə qısa müddətdə məşhur olub.
"Dövran Media" xəbər verir ki, Günzer Krabbenhoftun 104 yaşı var. Amma onu məşhur edən uzunömürlü olmağı deyil. Krabbenhöftün geyimləridir. Bu barədə moderator.az məlumat yayıb.
Gümrah görünüşü və həyat tərzi ilə hər kəsi özünə heyran qoyan 104 yaşlı kişi gənclik illərindən bəri modanı təqib etdiyini və modern geyinməyi sevdiyini deyib.
Stili ilə cavanları kölgədə qoyan Krabbenhoft fotoqrafların da diqqətini özünə çəkməyi bacarıb və onların sevimlisinə çevrilib. Geyimlərini aksesuarlarıyla tamamlamağı sevdiyini söyləyən yaşlı kişi rənglərin uyğunluğuna xüsusilə diqqət etdiyini bildirib.