28 09 2023-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Təbii fəlakətlər buna görə baş verir

27.07.2021

Son zamanlar Yer kürəsində getdikcə daha tez-tez baş verən təbii fəlakətlər qlobal iqlim dəyişikliyinin nəticəsidir.

DM xarici KİV-ə istinadən xəbər verir ki, ekspertlər ABŞ və Kanadada anomal isti hava şəraitinin, Avropa və Çində daşqınların, Rusiyada isə meşə yanğınlarının baş verməsini diqqətə çatdırıblar. Bundan başqa, Türkiyədə və Şimali Afrika ölkələrində havanın temperaturunun rekord dərəcədə istiləşməsi, Braziliya və Cənubi Afrikada isə əksinə, görünməmiş aşağı temperatur göstəriciləri diqqəti cəlb edir.

Almaniyalı meteoroloq Yohannes Kvaas hesab edir ki, hazırda müşahidə olunan iqlim dəyişikliyi onillər öncə havaya atılan tullantılarla bağlıdır.

Onun sözlərinə görə, hətta zərərli maddələrin havaya atılması indi dayandırılsa belə, bu, əsrin sonunadək temperaturun 0,8 dərəcə artmasının qarşısını almayacaq.