28 09 2023-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Türkiyənin parlament sədrindən Ermənistana ÇAĞIRIŞ

27.07.2021

"Ümid edirik ki, Ermənistandakı seçkilərdən sonra Nikol Paşinyan sülh üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək və prosesi sürətləndirəcək”.

DM xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Azərbaycan parlamentində keçirilən üçtərəfli görüşdə deyib.

"Azərbaycanın Ermənistana sülh çağırışlarını biz açılım olaraq dəyərləndiririk. Ermənistan bu çağırışa adekvat cavab verərsə, Türkiyə olaraq bunu ən düzgün mövqe kimi qiymətləndirərik”, - deyə M.Şəntop əlavə edib.

Türkiyə parlamenti düşünür ki, Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı sülh istəyənləri cəsarətləndirəcək.