04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Briqada” serialı Rusiyaya qarşı cinayətdir: Serialın ulduzu + VİDEO

31.01.2018

Dövran Media "Zelv.ru”-ya istinadən bildirir ki, adı cəkilən məşhur serialda "Arı”nı oynayan
aktyor Pavel Маyкоv "Briqada”nı Rusiyaya qarşı cinayət hesab edir. Bu barədə o,
"Veçernyaya Moskva” qəzetində söyləyib: - Bir aktyor kimi "Briqada” mənə
məşhurluq və xeyir, cəmiyyətə və insanlara isə ziyan gətirdi. "Briqada” - bu,
Rusiya qarşısında bir cinayətdir, hansi ki, mən də, Bezrukov da iştirak etmişik.
Ancaq o, sonra İsa Məsihi oynadı. Mən isə "Briqada”dan sonra, buna heç vaxt razı
olmazdım - deyə, o bildirib. Aktyorun fikrincə, vaxtilə serial televiziyada
göstəriləndə insanlar ona o qədər alüdə olmuşdular ki, küçələr boşalır,
cinayətkarlıq azalırdı”. Маykоv həmcinin onu da vurğulayıb ki,"şər və zorakılıq
vasitəsilə dünyanı xilas etmək olmaz, "Briqada”nın ziyanlı cəhəti ondadır ki,
oğlanlar quldur olmaq istəyirdilər”.
Xatırladaq ki, çoxseriyalı film olan "Briqada” 2002-ci ildə ekranlara çıxıb və
böyük şöhrət qazanıb. Serialda Маyкоvdan başqa əsas rollarda Rusiyanın Sergey
Bezrukov, Dmitriy Dyujev , Vladimir Vdоviçenkov,Yekaterina Qusyeva və
Andrey Panin kimi tanınmış aktyorları çəkiliblər. 
Dövran Media sizlər üçün həmin serialın qısa görüntülərini təqdim edir: