29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Toy mahnılarına NƏZARƏT ediləcək - Özbəkistanda QƏRAR

07.08.2018

"Dövran Media” Regnum informasiya agentliyinin məlumatına əsasən xəbər verir ki, Özbəkistanda toy mahnılarının siyahısı hazırlanır.
Toy şənlikləri üçün mahnı siyahısının tərtibini Özbəkistanın "Özbəkkonsert” dövlət birliyi planlaşdırır. Belə ki, təşkilat vətəndaşlardan toy üçün tövsiyə olunan mahnıların telefonla və ya poçtla göndərilməsini də xahiş edib. Beləliklə də, arzu edən hər kəs bu siyahının hazırlanmasında iştirak edə bilər. Bundan əlavə deputatlar toylarda oxunan mahnıların məzmununa qulaq asmağa və Daşkənd artistlərinin də repertuarlarını nəzarətdə saxlamağı tövsiyə edirlər. Daha öncə isə özbəkistanlı deputatlar dəbdəbəli toy və mərasimlərin keçirilməsində bəzi məhdudiyyətlərin qoyulması haqqında bir çox tədbirlər görülməsini də gündəmə gətirmişdilər.