29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ananın oğlu”, yoxsa “atanın qızı” olmaq - HANSI YAXŞIDIR?

07.08.2018

"Ananın oğlu”, yoxsa "atanın qızı” olmaq daha yaxşıdır. 

Psixoloqlar belə qənaətə gəliblər ki, əks cinsdən olan valideynləri ilə yaxın olan uşaqların özlərinə dəyər verməkdə daha müsbət təsir edir. 
"Marriage Foundation" təşkilatının mütəxəssisləri bildirirlər ki, valideynləri ilə həmişə ünsiyyətdə olan uşaqlar psixi xəstəliklərdən daha az əziyyət çəkirlər. On bir min ailə üzrə tədqiqat aparan təşkilatın saytında yerləşdirilən nəticələrə əsasən aydın olub ki, yeniyetmə dövründə anasına bağlı oğlanlar və atasına bağlı qızların 40-45 faizində əsəb pozğunluğu çox nadir hallarda baş verir. Həmçinin onlar öz yaşıdları ilə daha yaxşı münasibətdədirlər. Bundan əlavə, oğlanlar valideynləri nigahda olanda daha xoşbəxt olur, qızlar ücün isə ən vacibi onların bir-birləri ilə yaxşı münasibətdə olmalarıdır. Ona görə də tədqiqatcılar əminliklə bildirilər ki, əks cinsdən olan valideynləri ilə çox ünsiyyətdə olmaq uşaqlara daha müsbət təsir edir.