29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Noutbuk suda da işləyəcək

07.08.2018

"Raytheon” şirkəti "ChinaJoy” (China Digital Entertainment Expo & Conference) konfransında konseptual "Uncia” noutbukunu nümayiş etdirib. Qurğu istehsalçı tərəfindən "IP68” standartı üzrə su və tozdan mühafizəli dünyanın ilk oyun noutbuku kimi qələmə verilir.
"rambler.ru” saytı xəbər verir ki, adətən belə mühafizəyə sənaye və ya hərbi modellərin malik olmasına baxmayaraq, "Raytheon Uncia” modeli adi istifadəçi noutbuku kimi görünür. Lakin modelin ərsəyə gəlməsinə hərbi sənaye də öz töhfəsini verib. Məsələ ondadır ki, "Raytheon” ABŞ-ın iri hərbi sənaye şirkəti, silah və hərbi texnika tədarükçüsüdür.
Nümayiş zamanı su ilə doldurulmuş şəffaf kvadrat şüşənin daxilinə yerləşdirilən noutbuk işləməkdə davam edib. 13 düym diaqonallı "Raytheon Uncia” noutbukunun çəkisi 1,1 kiloqqram, qalınlığı 12,7 millimetr təşkil edir.
Səkkizinci nəsil "Intel Core i7-8550U” prosessoru ilə təchiz edilən yeni qurğunun qapağı 360 dərəcə açılır. Noutbukun buraxılış müddəti və qiyməti barədə məlumat verilmir.