29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Alimlərdən istiləşmə ilə bağlı QORXUNC PROQNOZ

07.08.2018

Beynəlxalq alimlər komandası araşdırıb ki, hətta Paris İqlim Sazişinin şərtlərinə görə, Yer kürəsinin orta temperaturu 4-5 dərəcə yüksək olacaq. 
Araşdırmaçıların fikrincə, Yerin "istixana”ya çevrilməsi və bir çox bölgələrin yaşayış üçün yararsız olması riski böyükdür. 
"Dövran Media" xəbər verir ki, bununla bağlı "EurekAlert!” nəşrində məlumat verilib. 
Mütəxəssislər yazır ki, istixana qazlarının atmosferə buraxılması iqlimə təsir edən yeganə faktor deyil. İstiləşməyə səbəb olacaq insan amili ilə bağlı digər xoşagəlməz proseslər də var. Hətta istixana qazlarının atmosferə buraxılmasının dayandırılması zamanı da istiləşmə davam edə bilər. 
Bu cür proseslərə buzlaqların əriməsi, okeanın dibindən metanın qalxması, bakterial tənəffüs intensivliyinin artması, Amazonda meşə massivinin azalması, Arktika və Antarktikada buzlaq sahələrinin azaldılması aiddir.
İstixana qazlarının atmosferə buraxılması zəncirvari reaksiyalara səbəb ola bilər. Bu zaman bəşəriyyət heç nə edə bilməyəcək. 
Yer kürəsinin "istixana”ya çevrilməsinin qarşısını almaq üçün nəinki qaz tullantılarını azaltmaq, həmçinin karbonun saxlanılması üçün meşələrin yaradılması, torpağın və bioloji müxtəlifliyin qorunması vacibdir. 
Hesablamalara görə, 2100-cü ildə böyük şəhərlər su altında qalacaq, Maldiv kimi adalar da yoxa çıxacaq.