29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yatağa girərkən telefonunuzu SÖNDÜRÜN

06.08.2018

"Dövran Media” Zelv.ruya istinadən bildirir ki, yuxusuzluğun internetə asılıqlıqla əlaqəsi var. 

Belə ki, bunu İtaliyanın Bocconi universitetinin alimləri sənədlə sübüt ediblər.
Bu barədə Journal of Economic Behavior and Organizationda çap edilmış məqalədə deyilir. Yatmamışdan əvvəl internet şəbəkəyə baxmağı xoşlayanlar orta hesabla 25 dəqiqə tam istirahətdən özlərini məhrum edirlər. Tədqiqat aparılarkən təcrübədə iştirak edənlərin əksəriyyəti etiraf ediblər ki, yatağa girərkən özləri ilə mobil telefonlarını da götürürlər. Belə qənaətə gəlinib ki, insanlar nəinki 25 dəqiqə yuxunu itirirlər, həm də daim səksəkə içərisində yatırlar. İnternetin yuxuya təsiri ən çox 18-30 yaş insanlar arasında olub. Belə vaxt keçirməyi sevənlər bir qayda olaraq tam yatmadıqlarından gündüzlər yuxulu olur, özlərini yorğun hiss edir və əsəbi olurlar.