29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ulduz yağışı OLACAQ

06.08.2018

Planetimizin sakinləri möhtəşəm astronomik fenomenin şahidi olacaqlar.
Belə ki, "Dövran Media"nın məlumatına görə, avqustun 12-dən 13-nə keçən gecə Perseida meteorit axını maksimal fəallığı ilə seçiləcək.
Qeyd edək ki, sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.
Bu ecazkar astronomik hadisə zamanı planetimizin sakinləri keçən ildən fərqli olaraq, iki dəfə çox "düşən ulduz” görəcəklər. Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı saatda 80 meteorit idisə, cari ildə bu orta hesabla saatda 160 meteorit görmək mümkün olacaq.
Ulduz yağışını gecə yarısından günəş doğana kimi müşahidə etmək mümkündür.
Xatırladaq ki, ötən il oktyabrda da meteor axını baş vermiş, meteor axını zamanı saatda 15-20 ulduz yağışı müşahidə edilmişdi.