29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Barselona”dan Poqba üçün 100 milyonluq TƏKLİF

05.08.2018

Fransa millisinin yarımmüdafiəçisi Pol Poqbanın agenti Mino Rayola futbolçunun "Barselona”ya mümkün transferini müzakirə etmək üçün "Mançester Yunayted” rəhbərliyi ilə görüşəcək.
"Dövran Media" xəbər verir ki, bu keçidə razılıq verilsə, "Barselona” qarşı tərəfə 100 milyon funt (112 milyo avro) təzminat ödəyəcək.
Bundan əvvəl yayılan xəbərə görə, Fransa millisi ilə DÇ-2018-in qalibi Poqba baş məşqçi Joze Mourinyonun xahişini rədd edərək istirahətini yarımçıq buraxmayıb. Bu da onların münasibətinin soyumasına səbəb olub.
Poqbanın "MY” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır. O, bu kluba 2016-cı ildə 94.5 milyon funt (105 milyon) avro qarşılığında "Yuventus”dan keçib.