29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

5 AVQUST tarixə nələr yazıb

05.08.2018

1583 – Hemfri Hilbert, Şimali Amerikadakı ilk İngilis koloniyasını qurub - indiki Nyufaundlend.

1634 – IV Murad içkini qadağan edərək meyxanaları sökdürüb.

1789 – Fransada təhkimçilik hüququ ləğv edilib.

1858 – ABŞ və Avropa arasında ilk transatlantik kabel çəkilib.

1876 – İsgəndəriyyədə ilk ərəb qəzeti "Əl-Əhram" nəşrə başlayıb.

1884 – Nyu-York limanının girişindəki Azadlıq heykəlinin ilk daşı qoyulub.

1897 – Tomas Alva Edison ilk reklam filmini istehsal edib.

1914 – ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforlar quraşıdırılıb.

1918 – Azərbaycanda hərbi–dəniz donanmasının yarandığı gündür. Həmin gün keçmiş Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi-dəniz donanması təşkil olunub.

1924 – Türkiyədə çoxarvadlılıq qadağan edilib.

1949 – Ekvadorda zəlzələ: 50 kənd dağılıb, 6.000-dən çox adam ölüb.

1960 – Burkina Faso, (köhnə adıyla Yuxarı Volta), Fransadan ayrılaraq müstəqilliyini elan edib.

1962 – Nelson Mandela həbs edilib (1990-cı ildə azadlığa buraxılıb).