29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp Lebron Ceymsə "axmaq" deyib

04.08.2018

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Lebron Ceymsə dolayı yolla "axmaq" deyib.
Ceymsin CNN-nin aparıcısı Don Lemonla olan reportajına münasibət bildirən Tvitter hesabında "Don Lemon televiziyalardakı ən axmaq adamla reportaj hazırladı. Lebronu ağıllı göstərdi ki, bunu da eləmək heç də asan deyil", - sözlərini yazıb.
Tramp tvitin sonunda məşhur basketbolçu Maykıl Cordanı nəzərdə tutaraq, "Maykı sevirəm”,- deyə bildirib.
Qeyd edək ki, Don Lemonun Lebron Ceymslə reportajında Ceyms "idman insanları birləşdirən fəaliyyətdir, amma Tramp bunu xalqı bölmək üçün istifadə edir", - deyə söyləmişdi. Bundan əvvəl isə idmançı Trampla əsla qarşı-qarşıya oturmayacağı haqqından açıqlamalar yaymışdı.