26 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

53 namizəd vəzifə qazanıb

24.05.2021


Mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 438 vakant vəzifənin tutulması üçün mayın 3-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (281) tərəfindən təqdim olunub. Bu günə olan məlumata görə, müsahibədə iştirak edənlərdən 53 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 1557 nəfər müraciət edib.

Müsahibələr iyulun 1-dək davam edəcək.