05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

4 avqustda doğulanlar - Ramiz Məlikov

04.08.2018

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 
1961-ci ildə sənədlərini hazırkı Neft Akademiyasına versə də, qəbul oluna bilmir. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.
1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.
Demək olar ki, hər yeni mövsümdə aktyor yeni-yeni rollar oynayıb:
Marsel ("Hamlet", Uilyam Şekspir),
Aqşin ("Od gəlini", Cəfər Cabbarlı),
Barat ("Almaz", Cəfər Cabbarlı),
Leytenant ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev),
Mikayılov ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev),
Mayis ("Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev),
Teymur ("Yastı təpə", Əkrəm Əylisli),
Valter ("Yad adam", L. Frank),
Arif ("İblis", Hüseyn Cavid),
Jan ("Dəfn edilməmiş ölülər", J.P. Sartr),
Toğrul ("Atabəylər", Nəriman Həsənzadə),
Antoni ("Kölgələrin oyunu", Y. Edlis),
Katib ("Gecə döyülən qapılar", Nəbi Xəzri),
Dulu Xaqan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
Vilyams ("Kəllə", Nazim Hikmət),
Qaçaq Süleyman ("Dirilən adam", İsmayıl Şıxlı) və s.
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.əsərlərin tamaşalarında oynayıb.
1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb.1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür.Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar orendinə layiq görülüb.