05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Apple"nin qurucusunun ölüm ayağında QIZINA DEDİKLƏRİ

04.08.2018

"Mən onun möhtəşəm yüksəlişi üçün ləkə idim"
Mərhum Amerika ixtiraçısı və biznesmeni Stiv Cobsun qızı Liza Brennan Cobs atası ilə bağlı memuar yazıb.
"Dövran Media" Mirror-a istinadla xəbər verir ki, 40 yaşlı Liza "Small Fry" (balaca uşaq) kitabında atası ilə qarmaqarışıq münasibətlərindən bəhs edib.
Lizanın dediyinə görə atası əvvəl onu qızı kimi qəbul etmək istəməyib. O, 1970-ci illərdə məhkəmə tərəfindən DNT testlərinin nəticələri təsdiq olunduqdan sonra Krisen Bernnanla münasibətdə olduğu vaxtlarda ona könülsüz şəkildə atalıq edib.

"DNT testinin nəticələrinə görə onun qızı olduğum təsdiqləndikdən sonra məhkəmə atamdan 18 yaşıma qədər mənim xərclərimi qarşılamağımı tələb edib", - kitabda qeyd olunlarla bağlı Vainty Fair jurnalına açıqlama verən Liza deyib.
Liza 7 yaşındaykən anasının xadiməlik etdiyini, atasının isə multi-milyoner olduğunu söyləyib

(Stiv Cobs, 1977)
"Mən onun möhtəşəm yüksəlişi üçün ləkə idim".

O, bildirib ki, atası ölüm ayağında olarkən ona "səndən tualet iyi gəlir" sözlərini deyib.
Qeyd edək ki, ötən gün dünyanın ən bahalı şirkəti seçilən "Apple"nin qurucusu olan Stiv Cobs 2011-ci ildə Kaliforniyada xərçəng xəstəliyindən vəfat edib.