05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çində dəfn qadağan olundu - QARŞIDURMA

04.08.2018

"Dövran Media" dünya mətbuatına istinadən xəbər verir ki, Çinin cənub-şərq əyaləti Szyansidə hökumətlə əhali arasında qarşıdurma olub. 

Belə ki, əyalətin hökumət dairələrinin "dəfn olunma 0” siyasətinə əsasən cəsədin basdırılması rəsmən qadağa olunub. Qanuna əsasaən meyidi ancaq yandırmaq olar. Bu təcrübə torpaq resurslarının qorunması üçündür. Sosial şəbəkələrdə yayımlanan video cəkilişlərdə və fotolarda da görünür ki, kəndlərdə, Qançjou, Szyan və İçun şəhərlərinin ətraf qəsəbələrində yerli əhalinin evlərindən zorla tabutlar cıxardılır, qocalar isə asayiş keşikçilərinin qarşısını almağa çalışırlar. Bu barədə South China Morning Post qəzeti də xəbər verib. Qalaqlanmış tabutları ekskavator dağıdıb, bir çox insan isə tabutun içərisinə girməklə cəsədi qorumağa calışıblar. Hakimiyyət cəsədin qalıqlarının saxlanılmasını ancaq yandırılmaqla mümkün olduğunu bildirib. Bir çox şəhər və əyalətlərin hakimiyyəti torpaq resurslarının qorunması ücün bu siyasəti sentyabr ayına qədər yürüdəcək. Qeyd edək ki, " dəfn olunma sıfır” siyasəti artıq altı aydır ki, qüvvədədir. Həmin vaxtdan da tabut istehsalı və satışı dayandırılmışdır. Həmçinin könüllü olaraq yaxınlarını tabutda basdırmaqdan imtina edənlərə də kompensasiya ödənilir. Kənd əhalisi isə yaxınlarının dəfn olunmasına, qədim mərasim adətlərinə hörmət və ehtiramla yanaşırlar.