05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyada qızların təhsilinə əngəl yaradılır - MARAQLI SƏBƏB

04.08.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Tokio Tibb Unuversitetinin əməkdaşları bir neçə il qızların qəbul imtahanlarındakı nəticələrini aşağı salıblar ki, tələbə qizlar say etibarı ilə ümumi qəbul olunanların üçdə birini təşkil etsin. 

Bu barədə The Yomiuri Shimbun qəzeti xəbər verib. Qəzetin məlumatına görə,0 test imtahanlarından uğurlu nəticə əldə edən qadınların sayının daha çox olması səbəbindən 2011-ci ildən ali təhsil ocağında bu təcrübəni həyata keçirməyə başlayıblar. Belə ki, 2010-cu ildə onlar 40% təşkil edib. Bundan sonra isə universitetdə qızların sayıni 30% səviyyəsində saxlamağa çalışıblar. Nəşrin bu hadisələrdən xəbərdar mənbəsinin verdiyi məlumata görə, müəllimlər kişilərə daha çox yer verirlər. Onlar belə hesab edirlər ki, qadınlar diplom aldıqdan sonra ailəyə daha çox önəm verdikləri üçün işləməkdən imtina edirlər. Faktla bağlı universitetin rəhbərliyi daxili təhqiqat işi aparmağa başlayıb.