05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Selfi polisi” də OLACAQ

03.08.2018

Avstraliya hökuməti turistlərin təbii gözəlliklər fonunda şəkil çəkdirmək həvəsindən yaranan təhlükənin qarşısını almaq üçün yeni polis bölməsi - "selfi polisi” yaratmağı planlaşdırır. 
"Dövran Media"nın xarici mediaya istinadən xəbərinə görə, bir çox hallarda turistlərin bu cür istəkləri onların ölümü ilə nəticələnir.
Yeni bölmənin əməkdaşları foto həvəskarları arasında populyarlığı ilə seçilən yerlərdə növbə çəkərək, onları gözlənilən təhlükə barədə xəbərdar edəcəklər. Belə ərazilərin daha çox ölkənin qoruq rayonlarında olduğu bildirilir. Həmin populyar obyektlərdən biri Kral Milli Parkında yerləşən qayanın çıxıntısıdır. 
Birbaşa okean üzərində yerləşən bu qaya selfi həvəskarlarının ən sevimli yeri hesab edilir. Lakin mütəxəssislərin rəyinə görə, kövrək qum dənələrindən ibarət olan qaya istənilən məqamda çökə bilər.
Qeyd olunur ki, turistlərin ölümü ilə nəticələnən hadisələr sırasında selfi altıncı yeri tutur.