05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnstaqram və Feysbukdan - YENİLİK

02.08.2018

İnstaqram və Feysbuk sosial şəbəkələri istifadəçilərinə yeni funksiya təqdim eləməyə hazırlaşır.
"Dövran Media" xəbər verir ki, bu barədə İnstaqram və Feysbukun rəsmi nümayəndələri Amit Ranadiv və Devid Qinzberq birgə bəyanat yayıblar.
Bəyanatda bildirilir ki, istifadəçilərin sözügedən sosial şəbəkələrdə keçirdikləri zamana nəzarət edə bilmələri üçün hər istifadəçi qabaqcadan keçirmək istədiyi vaxtı təyin edəcək, limiti keçdikdə isə bildiriş alacaq.
Bunun üçün "Tənzimləmələr” bölməsində İnstaqramda "fəaliyyətiniz”, Feysbukda isə "Sizin Feysbukda vaxtınız” funksiyasını aktivləşdirmək lazım gələcək. Bundan sonra istifadəçilər gün ərzində sosial şəbəkədə nə qədər vaxt keçirdiyini öyrənə biləcəklər.