05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Cənnət adası"nın turistləri cəlb edən SİRRİ - FOTOLAR

01.08.2018

Cənnət adası hesab edilən Roatanda insanlara heyvan sevgisi aşılayacaq bir mərkəz var.

"Dövran Media" xəbər verir ki, Mərkəzi Amerika ölkəsi olan Hondurasda yerləşən və eqzotik heyvanlara qulluq edən reabilitasiya mərkəzinə dünyanın bir çox yerlərindən minlərlə turist gəlir. Bu adada heyvanlar həm müalicə edilir, həm də təbii yollarla çoxaldılır.
Adada heyvanların böyük əksəriyyətini yaquarlar təşkil edir. Onlara reabilitasiya mərkəzində məxsusi baxırlar. Mərkəz səyyah və heyvansevərlərin sevimli məkanına çevrilib.
Burada ziyarətçilərə yaquarlarla birgə üzməyə də icazə verilir. Belə ki, 40 avro ödəməklə bir neçə dəqiqəlik onlara toxunmaq və birlikdə üzmək olar.
Turistlərin vəhşi pişiklərlə birgə çəkdirdikləri bir-birindən maraqlı şəkilləri sosial mediada da çox geniş yayılıb. Bu isə adaya gələn turistlərin sayının çoxalmasına gətirib çıxarıb.