05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda qar fəlakəti - YAXIN TARİX

30.07.2018

Tarixdə insan həyatı ücün ən dəhşətli qar qasırğası. Düşünürsünüz ki, insan tələfatına səbəb olan ən güclü qar qasırğası hansısa soyuq iqlimə malik ölkələrin birində baş verib, yanılırsınız. 

Belə deyil, bu təbii fəlakət 1972-ci ildə isti ölkələrdən olan İranda baş verib. Bizim ölçülərə görə İran isti ölkədir, belə ki, qışı
mülayim keçir və çox yüngül qar yağır. Amma görünür nadir hal olsa da qaydalar dəyişə bilər. Belə bir dəyişikliyə isə İran hazır deyildi. 3 fevral 1972-ci il tarixdə ölkəyə qar yağmağa başlayır. Sakit yağan qar hər yeri ağappaq rənğə bürüyür və bu mənzərə insanları sevindirirdi. Lakin tezliklə bu sakitlik qar qasırğası ilə əvəz olundu. İnsanlar evlərində gözləməli oldular. Ancaq əbəs yerə. Yəqin ki, vaxtında o yerləri tərk etsəydilər, bu qədər faciə baş vereməzdi.Yollar artıq qarla tamamilə örtülmüş, elektrik və telefon xətləri sıradan cıxmışdır. Altı gün ərzində yağan qarın hündürlüyü 8 metrə catır. İki kəndin əhalisi isə tamamilə qarın altında qalıb həlak olur. Havanın temperaturu 20 dərəcədə aşağı düşür. Evlərdə gizlənənlərdən kimisi donub ölür, kimisi qarın ağırlığından aşan damın altında qalır. Nəticədə isə 4000
nəfər həlak olur. Bu tarixdə ən böyük ölüm ğətirən qar qasırğasıdır. Çox az adam sağ qala bilir. Bir həftədən sonra qasırğa kəsir və əriyən qardan hər tərəf sel sularına qərq olur.