05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Omeqa 3-ün İNANILMAZ FAYDASI

30.07.2018

"Dövran Media” Zelv.ruya istinadən bildirir ki, Massaçuests-Louell Universitetinin alimləri belə qənaətə gəliblər ki, həqiqətən doymamış yağ turşuları omeqa-3-dən mütəmadi istifadə etməklə stressin dərəcəsini aşağı salmaq olur. 
Bu haqda universitetin saytında çap edilmiş tədqiqtda deyilir. Mütəxəssislərin sözlərinə görə, omeqa-3 ağır depressiya halının artmasını əngəlləyir və uzun müddət sakitləşdirici effektə malikdir. Həmçinin tədqiqatcılar əminliklə bildirirlər ki, doymamış yağ turşuları uşaqlarda aqressivliyi də aşağı salır. Bundan başqa təcrübənin gedişatı onu da sübut edir ki, omeqa-3 turşularının ən vacib xüsusiyyəti ondan ibarətdir ki, illərlə itirilmiş yaddaş və diqqəti bərpa edir və beyinin işini yaxşılaşdırır. O da qeyd olunur ki, dəniz məhsulları və kətan tumu yağı omeqa-3 üçün ən yaxşı mənbə hesab olunur. Bundan əvvəl İllinoys ştatı Universitetinin alimləri də omeqa-3 yağ turşularından istifadə xərçəng xəstəliyinin qarşısını aldığını, onun böyüməsinə və şaxələnməsinə imkan vermədiyini aydınlaşdırıblar.