04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mars və Yer arasında Rekord YAXINLAŞMA

30.07.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, 31 iyul tarixdə Mars planeti Yerə rekord həddə yaxınlaşacaq. 
Planetlərin ara məsafəsi 57,5 milyon kilometr olacaq. Helsinki universitetinin astranomu Diana Hannikaynenin sözlərinə görə, planet 31 iyulda gün batan kimi görünəcək. Məhşur Sky Telescope elmi jurnalın verdiyi xəbərə görə, Mars o qədər parlaq çalar alacaq ki, onun çəhrayı-qırmızı alovunu görməmək mümkün deyil. O da qeyd olunur ki, planetlər arasındakı yaxınlıq bütün yay boyu davam edəcək. Yalnız payız gələndə onlar arasındakı məsafə sürətlə böyüyəcək. 
Qeyd etmək lazımdır ki, planetlərin bir-birinə sıx yaxınlaşması astronomiya tarixində müşahidə olunandır. Belə ki, 2003-cü ildə Mars və Yer planetləri 55,7 milyon kilometr məsafədə olublar. "Ridus”un xəbər verdiyi kimi, bu yaxınlarda Baloniyanın Milli Astrofizika İnstitunun astanomları Marsın cənub hissəsində qalın buzla örtülmüş göl aşkarlayıblar. Onlar bu yeniliyi Avropa kosmik agentliyinin "Mars ekspress”planetlərarası stansiyasında quraşdırılmış Marsis radarın hesabına edə biliblər.