04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu insanları unutmayaq - Əli Həsən oğlu Haqverdiyev

29.07.2018

1939-cu il iyul ayının 29-da Bakı şəhərində Azərbaycanın görkəmli rəssamları Həsən Haqverdiyev və Güllü Mustafayevanın ailəsində dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbinin qrafika şöbəsinə daxil olub. 1958-ci ildə xoş bir təsadüfdən onu Bakı orta ixtisas musiqi məktəbinə qəbul edilib. İstisna hal kimi Əli Haqverdiyə hər iki məktəbdə paralel oxumaq imkanı verilib. 1961-ci ildə Ü.Hacıbəyov adına Bakı Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olmuş, Şövkət Məmmədovadan dərs almışdır. 1962-ci ildə o zamanlar Opera və Balet Teatrına rəhbərlik edən Niyazi, Əliyə qulaq asıb və onu teatra işə qəbul edib. Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Əli Haqverdiyev bir müddət Leninqrad Malıy Opera teatrında təcrübə də keçib. O, Üzeyir bəy Hacıbəyovun "Koroğlu" və "Leyli və Məcnun" operalarında Həsən xanın, Nofəlin partiyalarını uğurla ifa etmişdir. "Arşın mal alan" musiqili komediyasının qrammofon valına yazılışında (1973) Soltan bəyin partiyasını oxumuşdur. Əli Haqverdiyevin ən yaddaqalan obrazı "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Azərbaycan Rəssamlar İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü olmuşdur. Teatrda işləməklə yanaşı Ə.Haqverdiyev 1981-ci ildən etibarən Bakı Dövlət Konservatoriyasının vokal fakültəsində müəllim kimi çalışmışdır.
1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı verilmişdir.
1992-ci ilin sentyabr ayının 14-ü dənizə doğru addımlayarkən yüksək gərginlikli cərəyana qapılması nəticəsində həlak olub.
.