04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Putinə etibar etmədik, etməyəcəyik də..."

26.07.2018

 "Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Xeyli Nikki bəyan edib ki, Rusiya Amerikaya dost deyil və heç vaxt da ola bilməz. 

TASS-ın bildirdiyinə görə, bu haqda o, Amerika telekanallarının birinə müsahibəsində söyləyib. Xeyli Rusiya-Amerika münasibətlərinə və daha dəqiq Pusiya prezidenti Vladimir Putinə münasibətə dair çox sərt danışıb. - Biz Rusiyaya etibar etmirik, biz Rusiya prezidenti Vladimir Putinə etibar etmirik və heç vaxt da etibar etməyəcəyik. Onlar heç vaxt bizim dostumuz ola bilməz. Bu sadəcə faktdır- deyə, o, bəyan edib. Bu yaxınlarda Helsinkidə baş tutan ABŞ və Rusiya danışıqlarına gəlincə, amerikalı diplomat qeyd edib ki, bu görüş olmalıydı, belə ki, çox gözlənilirdi. O, həmçinin Vaşinqtonun Rusiyaya qarşı yürütdüyü siyasətdən də razı qaldığını deyib.