04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyada 40 milyon qul var - HESABLAMA

24.07.2018

 "Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Walk Free Foundation fondu quldarlığın yeni qlobal siyahısını təqdim edib.

Məlumat təşkilatın saytında dərc olunub. Təşkilatın qiymətləndirməsinə görə dünyada 40 milyona yaxın insan müasir formada quldur. Onlardan 24,9 zorla işlədilir, 15,4 milyonu isə evlənməyə məcbur edilir. Bütün bu qurbanların 71 faizini qadınlar və qızlar təşkil edir. Qulların sayına görə ölkələr arasında birinci yerdə Şimalı Koreya durur. Fondun hesablamalarına görə 64-cü yerdə yerləşən Rusiyada 794 min adam qul kimi yaşayır. Rusiya həmçinin qul sayına görə Hindistan, Çin, Pakistan, Şimali Koreya, Nigeriya, İran, İndoneziya, Konqo Demokratik Respublikası və Filippin kimi ölkələrlə bir sırada top-10-luğa daxildir. Təşkilatın hesablamasına görə bu on ölkə, bütün dünyadakı qulların 60 faizinə cavabdehdir. İyun ayında Rusiya həmçinin insan daşınmasına qarşı mübarizə aparmağa çatdırmayan ölkələr siyahısına düşüb.