04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2 həftədən çox ac qaldılar, mağaradan sağ çıxdılar

19.07.2018

"Dövran Media” Zelv.ruya istinadən xəbər verir ki, Tailandda tamamilə təchiz olunmuş mağarada xilas olan 12 yeniyetmə-futbolçu və onların məşqiçiləri artıq xəstəxanadan çıxıblar. 

Bu haqda Tailandın TNN telekanalı xəbər verib. Həkimlərin sözlərinə görə, mağarada qaldıqları 2,5 həftə müddət ərzində onların hərəsi 2 kiloqram arıqlayıb. Onu da qeyd ediblər ki, zərərçəkənlər xəstəxanada yerləşdirildikdən sonra orta hesabla hərəsi 3 kiloqrama yaxın çəki alıb və normal həyata qayıdıblar. Xəbər verildiyi kimi, xəstəxanada kiçik bir mətbuat konfransı keçirən məşqçi və uşaqlar mağaradakı həyatları barədə məlumat veriblər. Məşqçi bildirib ki, onlardan heç kim özüylə yemək götürmədiyi üçün ancaq su içiblər.
Xatırladaq ki, uşaqlar 23 iyun tarixində mağaraya girmiş və sel nəticəsində oranı su basdığına görə geriyə qayıda bilməmişdilər. Onların xilasetmə əməliyyatı 10 iyulda başa çatmışdır.