04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur aktyoru döydülər - FOTOLAR

19.07.2018

Bodrumda yaşayan türkiyəli aktyor Nejat İşler şəriki olduğu restoranda döyülüb.
"Dövran Media" xəbər verir ki, sənətçinin dişinin qırılmasına və huşunu itirməsinə səbəb olan dava üçün isə iki fərqli iddia səslənib.
Deyilənə görə, məkanda yüksək səslə dava edən cütlük İşleri narahat edib. O, cütlüyə yaxınlaşaraq "insanlar narahat olur. Uca səslə danışmasanız, sevinərəm” deyib. Ancaq aktyor müştərinin sərt reaksiya ilə qarşılaşıb.
"Sən niyə qarışırsan?” cavabını alan Nejat "Məkanı tərk edin” deyərək müştərinin restorandan çıxmasını tələb edib. Bu zaman isə onlar arasında gərginlik yaranıb. Müştəri ayağa qalxaraq Nejatı döyüb.
Dişi qırılan və huşunu itirən aktyor xəstəxanaya aparılıb.
Digər iddiaya görə isə, fanatlarından biri aktyorla şəkil çəkdirmək istəyib. Nejat isə onun istəyini rədd edib. Bu zaman fanatının əri aktyora hücum edib.
Hər iki tərəf bir-birindən şikayətçi olmayıb.