04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kraliça Trampa əsəbləşdi - VİDEO

14.07.2018

ABŞ prezidenti Donald Tramp dünən İngiltərəyə səfəri zamanı Britaniya kraliçası II Elizabetlə ilə görüşə gecikib.
"Dövran Media" "Dünya bülleteni”nə istinadən xəbər verir ki, 15 dəqiqə ayaq üstə gözləyən 92 yaşlı kraliça bir neçə dəfə əsəbi şəkildə saatına baxıb və protokol rəhbərini yanına çağıraraq məlumat alıb.
Trampın görüş əsnasında isə 3 dəfə protokol qaydalarına riayət etmədiyi ortaya çıxıb. Belə ki, Tramp Elizabetlə digər ölkə başçıları ilə görüşdüyü formada – sərt şəkildə salamlaşıb.
Bundan başqa, Melaniya Tramp kraliça ilə görüşərkən hörmət əlaməti olaraq başını əyməyib. Donald isə kraliça ilə yanaşı gedərkən düz xətt üzrə hərəkət etmək prinsipinə riayət etməyib.
Bu hallar İngiltərə mətbuatı tərəfindən tənqid edilib.