04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ” - “Olimpiya” oyununa 5 min bilet satıldı

13.07.2018

"Qarabağ" klubunun Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü üçün 5 min bilet satılıb.

"Dövran Media" "Report"-a istinadən xəbər verir ki, Tofiq Bəhramov stadionunda baş tutacaq matça bu qədər bilet satışa çıxarıldıqdan sonra iki gün ərzində alınıb. Arenanın tutumu, ümumilikdə, 31200 nəfərlikdir. Qiymətlər sektorlara uyğun olaraq, 1 manat, 2 manat, 3 manat, 5 manat və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, iyulun 18-də keçiriləcək "Qarabağ” - "Olimpiya” oyunu saat 21:00-da başlayacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.