04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Ölüm yolu” - FOTOLAR

12.07.2018

Dünyada təhlükəli yollar coxdur. 

"Dövran Media” sizə onlardan ən təhlükəli və qorxulu olanı təqdim edir. Boliviyadakı Yunqas şimal yolu, ikinci adı- "Ölüm yolu” adlanır. Bu ad ona daha uyğundur. Belə ki, hər il burada avtomobil qəzası nəticəsində 300-ə yaxın adam həlak olur. Buradan kecən avtomobillər və  avtobuslar demək olar ki, sözün əsil mənasında ölümlərini göz önünə alırlar. Ən böyük qəza 1983-cü ildə olub. O zaman avtobusun dərəyə aşması nəticəsində 100 nəfərdən çox insan həyatını itirmişdi. Maraqlısı budur ki, bu yolu 1930-cu ildə dustaqlar inşa edib. Bu yol iki şəhəri birləşdirir. La-Pas və Koroyko, hansı ki, sadəcə onları birləşdirəcək ikinci yol yoxdur. Yolun uzunluğu 70 kilometr, eni isə 3,5 metrdir. Bütün Yunqas yolu boyunca dərənin dərinliyi isə 600 metrə yaxındır. Amazonka havasının atributlarından olan duman və leysan yağışları özləri ilə də bərabər onlarla təhkükəli, öıümcül vəziyyətlər yaradır. Yerli sakinlər etiraf edirlər ki, həyat üçün təhlükəli olan bu yoldan keçməyə cox qorxurlar. Belə ki, qəza zamanı fövqəladə hallar nazirliyindən bura tez gələ bilmirlər, nə də ki, yaxınlıqdakı hospitala tez çatmaq da olmur. Ən əsası isə yol boyu dəhşətli qəzalardan dərəyə düşmüş avtombillərin qalıq izləri sürücüləri daha da vahiməyə salır.