25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İspaniya Super Kuboku Mərakeşdə keçiriləcək

10.07.2018

Avqustun 12-də "Barselona” və "Sevilya” arasında keçiriləcək İspaniya Super Kuboku Mərakeşin Tanjer şəhərində keçiriləcək.
İspaniya Kral Futbol Federasiyası xəbər verir ki, bunu mətbuat konfransında qurumun prezidenti Luis Rubiales bildirib.
Əvvəllər İspaniya Super Kubokunun qalibini müəyyən etmək üçün iki matç oynanılırdı. Bu il görüş bir oyundan ibarət olacaq.
Bu qərar İspan Futbol Liqasının rəhbərliyi ilə razılaşdırıldıqdan sonra qəbul olunub.
"Çox gözəl bir layihəyə addım atdıq. Bu bizə maliyyə vəziyyətini yaxşılaşdırmağa imkan verəcək”, - deyə Luis Rubiales bildirib.
Qeyd edək ki, "Barselona” klubu keçən mövsüm İspaniya La Liqasının və ölkə kubokunun qalibi adını qazanıb. "Sevilya” klubu isə İspaniya kubokunun finalçısı kimi, İspaniya Super Kubokun uğrunda "Barselona” ilə mübarizə aparacaq.