03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xalq artistinin yerinə TƏYİNAT

09.07.2018

Gəncə Dövlət Filarmoniyasına yeni direktor əvəzi təyin olunub.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Report-a bildirib ki, Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov nazirliyin rəhbərliyinə müraciət edərək yaradıcılıq fəaliyyətinin davam etdirilməsi, genişləndirilməsi səbəbi ilə vəzifəsindən azad olunmasını xahiş edib: "Nazirlikdən məsələyə baxılıb və o, vəzifəsindən azad olunub”.

İ.Hümbətov əlavə edib ki Gəncə Dövlət Filarmoniyasına yeni təyinat olub: "Gəncə Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Elçin Emin oğlu Elçiyev müvafiq təqdimata uyğun olaraq Gəncə Dövlət Filarmoniyasının direktor müavini təyin edilib. Hazırda kollektivə müvəqqəti olaraq rəhbərliyi direktor müavini həyata keçirir”.